APA TV 9 yaşında
29 may 2022 00:22 (UTC +04:00)

APA TV 9 yaşında

Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından 9 il ötür.

2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.

"APA Group”un tərkibinə daxil olan televiziyada gündəlik xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim olunur.

APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

Ad günün mübarək, APA TV!

# 1536
avatar

Oxşar yazılar