ANONS   - Cinsini dəyişdirən Səmranın həyat hekayəsi LENT.az-da
07 iyun 2021 16:14 (UTC +04:00)

ANONS - Cinsini dəyişdirən Səmranın həyat hekayəsi LENT.az-da

Lent.az-ın müsahibi çoxlarının qəbul edə bilmədiyi, “üzdəniraq” dediyi şəxslərdəndir.

Mühakimə etmək asandır, bəs anlamaq? 

Onun həyatı üç mərhələdən keçib: Uşaqlıqda “gey”, gəncliyində “transseksual” olub , hazırda isə qadındır. Deyir, indi tam oldum... 

Onu müsahibəyə razı salmaq asan olmadı. “Onsuz da heç kim məni anlamayacaq”, deyirdi. Son ana kimi bu fikrində qaldı. Hazırlaşıb müsahibəyə gedəndə, “gəlməyin, danışmaq istəmirəm”, dedi. Uzun cəhddən sonra yenidən razı sala bildim.

Dediyi ünvana, mənzilinə çatdıq. Qonaq otağına daxil olanda diqqətimi ilk olaraq oxuduğu kitab cəlb etdi: “Hayatı yeniden keşf edin”. 

Səmra ilə söhbətə də elə kitabdan başlayırıq...

Səmra 

Lent.az-ı izləyin...
 

# 3192
avatar

Nigar Adil

Oxşar yazılar