Anomal istilər gəlir -  XƏBƏRDARLIQ
21 iyun 2021 16:50 (UTC +04:00)

Anomal istilər gəlir - XƏBƏRDARLIQ

Hava ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə Aran rayonlarında  42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.   

Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz  güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

# 5529
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar