Arif Həşimov
26 sentyabr 2022 13:18 (UTC +04:00)

Arif Həşimov

AMEA-nın prezidenti bu cür seçiləcək - Akademik AÇIQLADI

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi aidiyyəti dövlət qurumları ilə birgə işlənib hazırlanır və ümumi yığıncaqda müzakirə olunacaq. Təkliflər əsasında daha da təkmilləşdiriləcək.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib. Onun sözlərinə görə, lakin hazırda AMEA-nın ümumi yığıncağının nə vaxt keçiriləcəyi bəlli deyil.

O bildirib ki, AMEA-nın prezidentinin seçilməsi məsələsi yeni Nizamnamədə əvvəlki ilə eyni cür əksini tapıb:

“Müəyyən dəyişiklilərlə bağlı təkliflər var. Bu da nəzərə alınacaq. AMEA-nın prezidenti əvvəl olduğu kimi yenə də ümumi yığıncaqda seçiləcək. Ümumi yığıncağın səlahiyyətləri öz yerində qalır”.

Arif Həşimov qeyd edib ki, AMEA–nın yeni Nizamnaməsi Nazirlər Kabinetinə təqdim edilib:

“Burada əməkdaşların sayı, yeni struktur və digər məsələlər öz əskini tapıb. Təsdiq edildikdən sonra ətraflı məlumat veriləcək. Yeni Nizamnamədə AMEA-nın hüquqi statusu da öz əksini tapıb”.

AMEA-nın Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən İnstitutlarına gəldikdə isə akademik qeyd edib ki, bu proses ilin sonuna kimi yekunlaşacaq:

“Nəzərə alaq ki, əməkdaşlar məzuniyyətdən qayıtdıqdan sonra işlər daha da sürətlənib. Əsas fəaliyyət sentyabrdan başlayıb”.

# 1869
avatar

Oxşar yazılar

Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07
"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

25 noyabr 2022 , 22:20
Bakının saxta “Qara Cüməsi”  – "Black Friday"dən REPORTAJ

Bakının saxta “Qara Cüməsi” – "Black Friday"dən REPORTAJ

25 noyabr 2022 , 18:05
Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

25 noyabr 2022 , 17:34
Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

25 noyabr 2022 , 15:51
Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

25 noyabr 2022 , 15:29