Alpakanla bağlı nazirlikdən  məcburi göstəriş
25 avqust 2021 13:53 (UTC +04:00)

Alpakanla bağlı nazirlikdən məcburi göstəriş


Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması üçün məcburi göstəriş verilib.

Lent.az xəbər verir ki, “Zoobulvar” əyləncə mərkəzində alpakanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, mərkəzə keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı təsdiqlənib.

“Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib”.

V.Cavadov məsələnin nazirliyin nəzarətində saxlanılacağını qeyd edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar