Allergiyası olanlar  PEYVƏNDLƏNMƏLİDİR  - Nazirlik rəsmisi
23 avqust 2021 16:55 (UTC +04:00)

Allergiyası olanlar PEYVƏNDLƏNMƏLİDİR - Nazirlik rəsmisi

"Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər qəbul olunmuş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır anafilaktik reaksiyaların olmasıdır".

Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib. O bildirib ki, peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil:

"Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır.

Əgər vətəndaş bu məsələ ilə bağlı mənfi halların olduğunu və ya tibb müəssisəsində rüşvət tələb olunduğunu iddia edirsə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 qaynar xəttinə yaxud hüquq mühafizə orqanlarına müraciət edə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4029
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar