Allergiyası olanlar peyvənd oluna bilərmi? -  RƏSMİ CAVAB
03 iyun 2021 16:11 (UTC +04:00)

Allergiyası olanlar peyvənd oluna bilərmi? - RƏSMİ CAVAB

1

“Yay fəslinin peyvəndlənməyə heç bir aidiyyəti yoxdur".

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, insanlar hər bir fəsildə peyvəndlənə bilər:

“Qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün kütləvi peyvəndləmə lazımdır. Hər kəs könüllü şəkildə peyvənd oluna bilər”.

T.Eyvazov əlavə edib ki, allergik reaksiyası olan şəxslərin artıq çox hissəsi peyvənd olunub:

"Heç bir əks reaksiyası olmayıb. Güclü allergik reaksiyası olanlar və əvvəlki peyvəndləri çətin keçirənlər barədə koronavirus peyvəndindən imtina qərarını bu üzrə mütəxəssis verə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 11360

Oxşar yazılar