2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı martın 18-i saat 11:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu gün saat 16:50-yə qədər 94 323 nəfər ərizəsini təsdiq edib.
Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi.
Xatırladaq ki, sənəd qəbuluna aprelin 4-dən başlanılıb.