Akkreditasiyadan keçməyən universitetlər barədə hansı tədbirlərin görüləcəyi açıqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları"na edilmiş dəyişikliklə bağlı keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, ali məktəbə bu halda iki illik şərti akkreditasiya verilir və qəbul dayandırılır:
"Bu, ona görə edilir ki, II-III kursda təhsil alanlar təhsilini başa vursunlar. Bundan sonra yenidən akkreditasiya aparılır. Əgər yenə problemlər aradan qaldırılmayıbsa, o zaman ali təhsil müəssisəsinin fəaliyyəti dayandırlacaq".