Ağdamda, Göyçayda və Ucarda GÜCLÜ KÜLƏK: Məktəbin  damı uçdu  - YENİLƏNİB
31 may 2023 19:52 (UTC +04:00)

Ağdamda, Göyçayda və Ucarda GÜCLÜ KÜLƏK: Məktəbin damı uçdu - YENİLƏNİB

Ucarda güclü külək fəsadsız ötüşməyib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün axşam saatlarında yağışla müşahidə olan güclü külək rayonun müxtəlif ərazilərində bir neçə iri gövdəli ağacı aşırıb. Rayonun Azərbaycan küçəsində kanalizasiya sisteminin bərbad olması səbəbindən yağış suları evlərin həyətinə dolub.

Bundan əlavə qısa müddətli güclü külək nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Bir neçə ərazidə naqillərdə baş verən qırılmalar səbəbindən rayonda elektrik enerjisi təchizatı müvəqqəti olaraq dayandırılıb.

***

19:27

Ağdamda güclü külək fəsadlar törədib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, yağışla müşahidə olunan külək rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektik naqillərini qırıb.

Rayonun Qaradağlı kəndində kökündən qopan ağac avtomobilin üstünə aşıb. Məmmədov Xəqani Rəhbər oğluna məxsus VAZ 2106 markalı avtomobillə hərəkətdə olduğu maşının üstünə aşan ağac avtomobili yararsız hala salıb, sürücü xəsarət almayıb.

***

Göyçayda hazırda şiddətli hava şəraiti qeydə alınır.

Məlumata görə, hazırda rayonda güclü küləklə yağış müşahidə olunur. Qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb.

İlkin məlumatlara görə, bəzi ticarət obyektləri və iş yerlərinində yağışın şiddətli olması səbəbindən obyektləri dam örtüyündən su basıb.

# 3234
avatar

Oxşar yazılar