ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Vətən müharibəsində həlak olanların xatirəsini yad edib.
Lent.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" hesabında paylaşım edilib. Paylaşılan postda qeyd olunub:
"Səfir Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərin xatirəsini ehtiramla yad etdi. Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk".
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger şəhidləri anır...