Koronavirus haqqında indiyə kimi bir çox məlumatlar yayılıb. Onlardan biri də koronavirusa daha çox yaşlı şəxslərin yoluxması, ağırlaşmaların, ölümlərin məhz bu yaş qrupunda qeydə alınmasıdır.
e-tibb.az verir ki, virusla bağlı yeni araşdırmalara görə, yaşlı olmaq koronavirusla bağlı yeganə ağırlaşdırıcı amil deyil. Alimlər COVİD-19-u başqalarına nisbətən daha ağır keçirən insanlar qrupunu müəyyən ediblər. Çində koronavirus infeksiyasının episentri olmuş Uhanda virusla bağlı daha əvvəl bilinməyən risk faktorlarını müəyyənləşdirən yeni faktlar aşkarlanıb. Məlum olub ki, diabet və yüksək qan təzyiqindən əziyyət çəkənlərdə ölüm halı daha çox ortaya çıxıb. Ona görə də bir şəxsin yaşlı olması heç də xəstəliyin ağır fəsadı ilə üzləşəcəyi demək deyil.
Uşaqlar arasında ölümlərin əsas səbəbi isə ağciyərin uzunmüddətli qeyri-invaziv ventilyasiyası olub.
Alimlər onu da bildiriblər ki, yaşlı insanlarda immun sisteminin zəif olması iltihabi proseslərə ləng reaksiya verməsinə gətirib çıxarır. Bu da ürək, beyin və digər orqanların vəziyyətinə mənfi təsir göstərir. İnfeksiyanın qarşısının alınması üçün daha vacib bir amil də aşkarlanıb. Bildirilir ki, koronavirusdan müalicə olunmuş insanlar daha uzun müddət yoluxucu olurlar. Patogen, virusa yoluxan şəxsin bədənini sağalandan 20 gün sonra tərk edir.
e-tibb.az