Xüsusi karantin rejimində restoranlar işləməyəcək
19 iyun 2020 17:48 (UTC +04:00)

Xüsusi karantin rejimində restoranlar işləməyəcək

Xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilərdə 21 iyundan 5 iyuladək restoranların fəaliyyəti dayandırılacaq. 

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qeyd edilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər dayandırılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2494
avatar

Oxşar yazılar