Xəstəlik alovlanan ərazidən gələn tələbələr evə buraxıldı - RƏSMİ
18 fevral 2020 09:55 (UTC +04:00)

Xəstəlik alovlanan ərazidən gələn tələbələr evə buraxıldı - RƏSMİ

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb. 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb.

Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284
avatar

Oxşar yazılar