TƏBİB-dən ofis sahiblərinə koronavirus MÜRACİƏTİ
12 iyun 2020 11:39 (UTC +04:00)

TƏBİB-dən ofis sahiblərinə koronavirus MÜRACİƏTİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi (TƏBİB) ofis daxilində koronavirusdan qorunmaq üçün qaydaları açıqlayıb.

TƏBİB-dən Lent.az-a bildirilib ki, ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlər ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bu qaydalara əməl etməlidirlər:

-Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir. 

- Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır. 

- Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.

- Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır.

- Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3040
avatar

Aygün İbrahimli

Oxşar yazılar