Sosial xidmət müəssisələrində dezinfeksiya aparılır
16 mart 2020 11:29 (UTC +04:00)

Sosial xidmət müəssisələrində dezinfeksiya aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1100-dən çox şəxs daimi dövlət təminatında olmaqla stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilir.

Lent.az-a nazirlikdən verilən məlumatda qeyd olunub ki, sosial xidmət müəssisələrində koronavirus (COVİD-19) əleyhinə mütəmadi dezinfeksiya aparılır: “Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və güşələr dezinfeksiya edilir. Eyni zamanda, profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu müəssisələrdə sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir”.

Qeyd olunub ki, Fondun əhalinin həssas qrupundan olan şəxslər üçün 15 sosial xidmət müəssiəsi fəaliyyət göstərir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Aygün İbrahimli

Oxşar yazılar