Şəkidə koronavirusa qarşı mübarizə sərtləşdirilir - FOTO
18 iyun 2020 17:24 (UTC +04:00)

Şəkidə koronavirusa qarşı mübarizə sərtləşdirilir - FOTO

İyunun 17-də Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sədrliyi ilə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış Operatıv Qərargahın növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə dünyada və ölkəmizdə koronavirus xəstəliyinin artan templə yayılmaqda davam etdiyini, son sutka ərzində Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığını, 209 nəfərin müalicə olunaraq evə buraxıldığını qeyd edən E.Usubov vəziyyətin ciddi olduğunu diqqətə çatdırıb.

İcra başçısı rayon səviyyəsində ardıcıl olaraq aparılan bütün profilaktiki tədbirlərin həyata keçirilməsinə baxmayaraq, rayonlara gedış-gəlişin açıldığı bır dövrdə qonşu rayonda hüzr mərasimində iştirak edən sakinlərin vasitəsi ilə Şəkidə də bu xəstəliyin yayılması hallarına rast gəlindiyini və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirildiyini, hazırda az sayda da olsa yoluxmaların aşkar edildiyini və artmaqda davam etdiyini təəssüflə bildirib.

E.Usubov qeyd edib ki, hazırda havaların isti keçməsi ilə əlaqədar istər paytaxtdan, istərsə də digər rayonlardan Şəki və qonşu rayonlara gələn yerlı turistlərın sayının həddən çox olması, həmin vətəndaşların vırus daşıyıcısı olub-olmaması barədə məlumatların yoxluğu və hazırkı şəraitdə nəzarətin mumkünsüzlüyü daha diqqətlı olmağı diqtə edir.

Tətbiq olunan karantln rejimi qaydalarına ciddi əməl edilməsi ilə bağlı konkret tapşırıqlar verən icra başçısı əhali arasında maarifləndirmə işınin daha aktiv aparılmasının, qapalı yerlərdə tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin saxlanılmasının, sərnişindaşıma vasitələrində nizam-intizama qətiyyətlə diqqət yetirilməsinin, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, əhalinin daha çox kontakda olduğu ictimai yerlərdə və çoxmənzilli binalarda dezinfeksiya işlərinin davam etdirilməsinin zəruriliyini qeyd edib.

Eyni zamanda, rayon rəhbərliyi tərəfindən Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq, aidıyyatı orqanlarla birlikdə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar və s.), ictimai iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsiniə nəzarət etmək məqsədi ilə mütəmadi olaraq monitorinqlərin aparılması, pozuntu hallarına yol verən qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi tapşırılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3643
avatar

Oxşar yazılar