Sabah orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.
Lent.az xəbər verir, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.
Virtual "Son zəng"də bütün bölgələrdəki məzunlarla himn oxunulacaq. Eyni zamanda son 3 ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər. Virtual “Son zəng” 12 iyun saat 12:25-də İctimai televiziyada, 12:30-da “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin Facebook səhifəsində yayımlanacaq.
Qeyd edək ki, 2019/2020-ci tədris ilində XI sinfi bitirən şagirdlərin sayı 80646, IX sinfi bitirənlərin isə 119852 nəfərdir.
Virtual "Son zəng"i iyunun 12-də saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləmək mümkün olacaq.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.