SMS icazədən sui-istifadə edənləri NƏ GÖZLƏYİR?
20 iyun 2020 11:45 (UTC +04:00)

SMS icazədən sui-istifadə edənləri NƏ GÖZLƏYİR?


“Aprel ayının ilk günlərində SMS icazə ilə bağlı göndərilən mesajların 60 faizi zəruri ehtiyaclarla bağlı deyildi”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü.Mehdiyev deyib ki, həmin vaxt gün ərzində 1 milyon SMS gəlib, orta hesabla 20 saniyə ərzində SMS-ə cavab verilib:

“Maksimum 1 dəqiqə ərzində SMS-ə bağlı icazə müraciətinə cavab verilirdi".

O qeyd edib ki, SMS icazə xidmətindən sui-istifadəyə görə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2950
avatar

Oxşar yazılar