Qrip qısa bir inkubasiya dővrűndən sonra üşütmə, titrətmə ilə kəskin şəkildə başlayır. Daha sonra bədən hərarəti yűksəlir, baş ağrısı, halsızlıq, iştahsızlıq müşahidə olunur. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların űstűndə, gőz almalarında və bəzən beldə műşahidə olunur…
Bu barədə həkim-infeksionistlər Xəyalə Vəliyeva və Azər Nağıyevin e-tibb.az-a təqdim etdikləri məqalədə bildirilir. Koronovirus və kəskin respirator xəstəliklərdən bəhs edən həmin məqaləni təqdim edirik:
Gűnűműzdə koronavirus xəstəliyinin dünyada geniş yayılaraq vűsət alması ilə bağlı insanlarda baş verən bəzi kliniki simptomlar (őskűrək, qızdırma, halsızlıq və s.) hər bir kəsi təlaşa salır. Amma unutmayaq ki, qrip və digər kəskin respirator xəstəliklər də bənzər əlamətlərlə seyr edir. Ona gőrə də vaxtı da həkimə műraciət etmək, xəstəliyin dűzgün diaqnostikası və müalicə vacibdir.
Qrip yűksək qızdırma, baş ağrısı, halsızlıq və əzələ-oynaq ağrıları verən virus infeksiyasıdır. Hava-damcı infeksiyalarına aid olunur, yəni xəstə insandan ősķűrmə, asqırma və danışıq zamanı havaya xaric olur və sağlam insanı yoluxdurur. Yoluxmada təmas faktoru rol oynasa da, bu cox mühüm əhəmiyyət daşımır. Qrip virusu yuxarı və aşağı tənəffűs yollarında artıb çoxalır və hűceyrələrin zədələnməsinə səbəb olur.
Qısa bir inkubasiya dővrűndən sonra üşütmə, titrətmə ilə kəskin şəkildə başlayır, daha sonra bədən hərarəti yűksəlir, baş ağrısı, halsızlıq, iştahsızlıq müşahidə olunur. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların űstűndə, gőz almalarında və bəzən beldə műşahidə olunur. Bədən hərarəti 38 °C və daha yűksək (bəzən hətta 40-41 °C) ola bilir və əksər hallarda bir neçə gűn davam edir. Xəstədə boğaz ağrısı, burun axması, əvvəlcə quru, sonra isə bəlğəmli öskűrək, səsin qalınlaşması, gőzlərin qızarması, yumşaq damaqda və udlaqda səpgilər műşahidə olunur. Őskűrək hətta hərarət normallaşdıqdan sonra belə davam edə bilər. Őskűrək zamanı dőş nahiyəsində ağrı nəzərə çarpır. Bəzən xəstələrdə qarında ağrı və ishala da rast gəlinə bilər. Xəstələrin űzű xarakterik gőrkəm alır: űz qırmızı və nəmli olur, burnu və dodaqları uçuqlayır. Boyun nahiyəsində limfa dűyűnləri bőyűyűb ağrılı ola bilir.
Kəskin respirator xəstəliklər vaxtında műalicə olunmasa műxtəlif ağırlaşmalar verir. Tənəffűs yollarındaķı virus və bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətləri verir. Bundan başqa, qrip viruslarının immun sisteminə mənfi təsiri nəticəsində ikincili bakterial ağırlaşmalar baş verir: xüsusən pnevmoniya (bu zaman irinli bəlğəm xaric olunur), sinusit (burun ətrafı bosluqların iltihabı), meningit və ensefalit (beyin qişalarının və toxumasının iltihabı). Xűsusən uşaqlar və müxtəlif xəstəlikləri olan (űrək-damar sistemi xəstəliyi, beyin qan dővranı pozulması, şəkərli diabet) insanlarda qripin fəsadları daha ağır olur. Uşaqlarda yalançı inağ, otit, plevritə daha çox rast gəlinir.
Belə halların baş verməməsi üçün ilkin simptomlar olduqda həkimə műraciət edib, műayinə olunmaq lazımdır. Bəzənsə normal immunitet hesabına orqanizm bu xəstəliyi çox yűngűl keçirir. Birdən-birə hərarət enir, proses geri inkişaf edir, xəstənin vəziyyəti yaxşılaşır. Űmumiyyətlə, hava-damcı ilə yoluxan xəstəliklərdə ən önəmlisi ətrafınızda sağlam şəxsləri yoluxdurmamaq űçűn onlardan uzaq olub məsafə qorumaq lazımdır. Yataq rejimi və çoxlu maye qəbulu vacibdir. İmmun sisteminin gűclű olması məqsədi ilə sağlam həyat tərzinə (düzgün qidalanma, normal yuxu və idman) xűsusi diqqət gőstərmək lazımdır.
Unutmayaq ki, hər bir insan birinci őzűnűn həkimi olmalıdır. Sonda qeyd etmək istərdik ki, koronovirus infeksiyası da kəskin respirator xəstəliklərdən biri olduğu üçün bütün epidemioloji və kliniki xüsusiyyətlərinə görə bu qrupdan olan digər virus infeksiyaları ilə çox oxşar xüsusiyyətlərə malik olduğu üçün xəstəliyin vaxtında ayırd edilməsi və lazımi tədbirlərin görülməsi üçün sadəcə, həkimə müraciət etmək lazımdır. Özünü müalicə və səhlənkar münasibət bəzən ağır fəsadlar və ölüm kimi ciddi nəticələrə gətirib çıxara bilər.