Türkiyədə azərbaycanlı fəhlə faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İğdır rayonunun Topçular məhəlləsindəki bir inşaatda qeydə alınıb.
Burada işləyən azərbaycanlı Babək N. və Sənani F. Liftin şaxtasına düşüb. İşçilər xilas edilərək xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, Babək N.-i xilas etmək mümkün olmayıb. Digər yaralının isə müalicəsi davam edir.
Araşdırma aparılır.
