“İnfeksiya olduğu halda Bəhram Bağırzadəyə orqan köçürülməsi mümkün deyil”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
R. Mahmudov deyib ki, dünyanın heç bir ölkəsində virusa yoluxan xəstəyə orqan köçürülmür: “Xəstə sağalandan sonra orqan köçürülməsi müzakirə mövzusu ola bilər”.