Pandemiya dövründə əhaliyə dəstək üçün bu qədər pul ayrılıb - RƏSMİ
19 iyun 2020 18:30 (UTC +04:00)

Pandemiya dövründə əhaliyə dəstək üçün bu qədər pul ayrılıb - RƏSMİ

"Sosial müdafiə və sosial təminat xidmətlərinin, eləcə də əlilliyin təyinatı, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi və ictimai açıqlığının təmin olunması sahəsində ardıcıl islahatlar davam etdirilir. Belə ki, pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vasitəsilə əhalinin 48%-nə, yəni 4,8 milyon şəxsə dəstək tədbirləri icra olunub, bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb".

Lent.az-ın məlumatına görə, bunu nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, bu vəsaitin 250 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2019-cu ildə formalaşmış qənaəti və ehtiyatı hesabına ödənilib, dövlət büdcəsinə bu çətin dövrdə əlavə maliyyə yükü yaradılmayıb: "İcra edilən proqramların şəffaflığı və ictimai açıqlığı tam təmin edilib. Həm ünvanlı sosial yardım, həm özünüməşğulluq, həm də 190 manatlıq birdəfəlik ödəmə proqramları çərçivəsində ödəniş alan bütün şəxslərin adlı siyahısı Nazirliyin rəsmi saytında və e-sosial.az portalında yerləşdirilib, dövri olaraq ictimaiyyətə hesabatlar təqdim olunub.

Son il yarımda ünvanlı yardım proqramı 2 dəfə genişlənərək 350 min üzvü olan 83 min ailəni əhatə edib, özünüməşğulluq proqramı da 2 dəfə artırılaraq 11 min ailəyə biznes imkanı yaradılıb. Hər iki proqram çərçivəsində həyata keçirilən bütün satınalmalar qanunvericiliyə uyğun olaraq açıq tender vasitəsilə təmin edilib, nazirliyin hər hansı əməkdaşına hər hansı qohumluğu olan şəxslər bu tenderdə iştirak etməyib və bütün məlumatlar aidiyyəti dövlət orqanlarının informasiya resurslarında yerləşdirilib".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17851
avatar

Oxşar yazılar