Ovçuluğun həyata keçirilməsi qadağan edilən ərazilərin sayı artırılır.
APA-nın məlumatına görə, bu, “Ovçuluq haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, geoloji parklarda da ovçuluq etmək qadağan ediləcək.
İndiyə qədər ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin dövlət təbiət qoruqlarının əraziləri, milli və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməzdi və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağan idi.