Koronavirusdan sağalanlar ağır xəstələrə donor ola bilərlər - MÜRACİƏT
19 iyun 2020 11:36 (UTC +04:00)

Koronavirusdan sağalanlar ağır xəstələrə donor ola bilərlər - MÜRACİƏT

Mərkəzi Qan Bankı koronavirus infeksiyasından sağalmış insanlara müraciət edib.

Lent.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər:

"Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik! Qan (plazma) donoru ol, həyat qurtar!".

Mərkəzi Qan Bankının əlaqə nömrələri: 

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1774
avatar

Aygün İbrahimli

Oxşar yazılar