Koronavirus təhlükəsi gündəmdə olduğu zaman maraqlı olan digər nüans cinsi əlaqədir.
Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər bu məsələdə nələrə diqqət etmək lazım olduğunu açıqlayıb. Onların fikrincə, hər xəstəlik şübhəsində gözlənilən 14 gün müddətə burada da riayət edilməsini tövsiyə ediblər.
Mütəxəssislər bildiriblər ki, əgər insanlar koronavirus baxımından riskli bölgədən qayıdıblarsa və özlərindən şübhələnirlərsə, cinsi əlaqədən çəkinməlidirlər.
“New-York Times” qəzetində yer alan yazıda koronavirusun cinsi əlaqə ilə keçmədiyi bildirilsə də, virusun öpüşmə ilə yayıldığı vurğulanıb.
Ümumdünya Səhiyyə Təşkilatı isə hələ ki bu mövzuda qəti qərar verməyin tez olduğunu açıqlayıb.