Kondisionerlər koronavirusun yaymasına səbəb olurmu? - Tibbi ekspertdən CAVAB
18 iyun 2020 19:52 (UTC +04:00)

Kondisionerlər koronavirusun yaymasına səbəb olurmu? - Tibbi ekspertdən CAVAB


“Kondisionerlərin koronavirusu yayması ilə bağlı hər hansı təsdiq olunmuş məlumat yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

R. Mahmudov deyib ki, ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır: “İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər. Eyni zamanda avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya düzgün olmaz, çöldəki hava ilə sirkulyasiya vacibdir. Çünki bu, avtomobildə virusa olsa, bunu yaya bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5323
avatar

Oxşar yazılar