Kommunal xərclərin limiti artırılır? - Nazirdən cavab
16 mart 2020 16:53 (UTC +04:00)

Kommunal xərclərin limiti artırılır? - Nazirdən cavab

“Biz ünvanlı sosial yardım mexanizmini ötən il ərzində ciddi şəkildə genişləndirdik. Əgər 2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda artıq ailələrin sayı 72 min oldu. Yəni, bir il ərzində çox ciddi şəkildə, təqribən 60-70 faizlik bir artım əldə edildi”. 

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman bildirib.

Nazir deyib ki, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır: "Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Bununla bərabər, kriteriyaların yumşaldılması və bu istiqamətdə əhaliyə dəstək verilməsi barədə Sizin tapşırığınız olmuşdu. Artıq ötən il bir sıra istiqamətlərdə addımlar atıldı, torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olundu, sırf o islahatın nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil ola bildi. 

Bu il üçün də kommunal xərclərin limitinin artırılmasına dair təkliflər hazırlanıb və hökumət tərəfindən müzakirə olunur. Yeni parlament tərəfindən qanunvericiliyə edilən dəyişikliklərlə biz 85-90 min ailənin məhz ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasını təmin edəcəyik”.

Nazir bildirib ki, paralel olaraq, ehtiyac meyarının bir il ərzində ciddi şəkildə, 10 faizdən çox artırılması, 143 manatdan 160 manata çatdırılması ünvanlı sosial yardımın məbləğinin də artmasına imkan verib "Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün proqnozlarımıza əsasən, bu rəqəm 215-220 manat arasında olacaq. Deməli hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin olunacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4879
avatar

Oxşar yazılar