Karantin qaydalarını pozan 4 sərnişin avtobusu saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində COVID-19 xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirmiş 4 sərnişin avtobusu saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.