“Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında güclü isti günlərin sayının artmasıdır. Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir”.
Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, sinoptiklərin xəbərdarlığına görə, iyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Bu cür temperaturun əhali üçün əlverişsiz olduğunu deyən xidmət rəisi, gündüz saatlarında günvurma və istivurma təhlükəsinin bu riski bir qədər də artırdığını vurğulayıb: “Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür.
Məsələn, vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamaq lazımdır. Əgər küçəyə çıxmaq məcburiyyəti varsa, baş örtüyündən və ya çətirdən istifadə etmək, kölgəli yerlərdə olmaq lazımdır”.
U.Tağıyeva isti havada bayıra çıxarkən su götürməyi də tövsiyə edib.