Bu gün Gəncə şəhərində fəaliyyət göstərən Aleksandr Nevski Rus Pravoslav Kilsəsində dini törən keçirilib.
Lent.az-ın məlumatına görə törəndə kilsənin baş keşişi varfolomey Denis Sotnikov Gəncədə baş verən terror qurbanlarının ruhuna dualar oxuyub.
Hazırda rus icmasından onlarla insan kilsədə şam yandıraraq şəhidlərimizin ruhunu yad edirlər. Duadan sonra jurnalistlərə açıqlama verən varfolomey Denis Sotnikov ermənilərin aqressiyasından danışıb.
“Onlar döyüşçü kimi döyüşçü də deyillər. Terrorçudurlar. Dinc sakinləri hədəf alıblar. Amma bizim ordumuz onların cavabını verib. Biz inanırıq ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezlikləri torpaqlarımızı ermənilərdən təmizləyəcəyik. 30 il dözdük, bəsdir. Mən özüm Gəncədənəm, burada doğulmuşam. Bura mənim vətənimdir və mən vətənimi tam azad olunmuş şəkildə görmək istəyirəm”.
Gəncədə fəaliyyət göstərən Rus icması ilə bağlı Lent.az-ın geniş reportajı olacaq.