Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. Hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək.
APA-nın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir.
Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.
Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.
APA-nın məlumatına görə, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 mindən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Layihə Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.