Dünyada koronavirusla bağlı SON STATİSTİKA - ÜST
16 mart 2020 10:35 (UTC +04:00)

Dünyada koronavirusla bağlı SON STATİSTİKA - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb.

Lent.az-ın məlumatına görə, ötən gün ərzində virusa 192 nəfər yoluxub, 15 nəfər dünyasını dəyişib. Yoluxanlardan 1600 nəfər isə dünən xəstəlikdən xilas olub.

Qeyd edək ki, bu günə qədər koronavirusa yoluxanların sayı 169 min 610-a çatıb. Ölənlərin sayı 6518-ə, sağalanların sayı isə 77 min 776 nəfərdir. Həmçinin son statistikaya əsasən, 157 ölkədə virusa yoluxma halı müəyyən edilib.

# 3580
avatar

Mehman Nəbiyev

Oxşar yazılar