Bəzi ölkələrdə koronavirusa yoluxma artıq azalmaqdadır - RƏSMİ
13 mart 2020 17:29 (UTC +04:00)

Bəzi ölkələrdə koronavirusa yoluxma artıq azalmaqdadır - RƏSMİ

"Koronavirusa qarşı test dəstləri regiondakı ölkələrə çatdırılıb. Onlardan milli referans laboratoriyalarında istifadə olunmaqdadır".

APA-nın xəbərinə görə, bunu ÜST-ün Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Karolina Braun deyib.

O, pandemiyanın yay aylarında səngiməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: "Bəzi ölkələrdə yoluxma artıq azalmaqdadır. Xüsusilə Çində azalmasına baxmayaraq, yeni xəstəlik hallarının aşkarlanması ilə bağlı tədbirlər davam etdirilir. Bu alovlanmanın Azərbaycanda yay aylarında özünü necə göstərəcəyi ilə bağlı proqnoz vermək çətindir. Amma yaxşı olar ki,  qarşısının alınması ilə bağlı tədbirlər görülsün". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1307
avatar

Oxşar yazılar