Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar oktyabrın 7-də gün ərzində Xətai rayonunun bir neçə küçəsində içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, məhdudiyyət Xətai rayonunun Lütfi Zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsində olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.