Azərbaycanlı dünyanın ən çox istinad olunan alimləri sırasında
05 may 2020 11:03 (UTC +04:00)

Azərbaycanlı dünyanın ən çox istinad olunan alimləri sırasında

2019-cu ilin sonunda Clarivate Analytics tərəfindən çap olunan illik hesabatda Highly Cited Researchers-ın siyahısında yüksək istinad olunan alimlərin arasında azərbaycanlı alim, Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev də yer alıb.  

AMEA-dan Lent.az-a verilən məlumata görə, bu münasibətlə Clarivate Analytics-ə müsahibə verən S.Allahverdiyev bildirib ki, dünyanın ən çox istinad edilən elm adamları sırasında olmaq onun üçün şərəfdir. Alim qeyd edib ki, onun araşdırmalarının nəticələrinin dünya elmi üçün əhəmiyyəti tanınıb, inkişaf etdirdiyi elmi sahələrin perspektivliyi qiymətləndirilib.

S.Allahverdiyev bildirib ki, əməyinə verilən dəyər onu daha böyük həvəslə elmi araşdırmalar aparmağa sövq edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Aygün İbrahimli

Oxşar yazılar