Özəl tibb müəssisələri sahibkarlıq subyektlərində dövlət tərəfindən yoxlamalar həyata keçiriləcək.
APA-nın məlumatına görə, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, özəl tibb müəssisələrində dövlət tərəfindən yoxlamalar həyata keçirilə biləcək.
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci il noyabrın 1-dən Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.