Dünyanın bir çox ölkələrində, eləcə də qonşu Gürcüstanda koronavirus təhlükəsi ilə bağlı olaraq bir sıra otellər fəaliyyətlərini dayandırıb.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Lent.az məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən münasibət öyrənib. Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, hazırda otellərin fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb.