Bu gün orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçirilir.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu il əvvəlki illərdən fərqli olaraq “Son zəng” təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb.
Qeyd edək ki, virtual "Son zəng"də bütün bölgələrdəki məzunlar himn oxuyub. Eyni zamanda son 3 ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa ediblər. Virtual “Son zəng” İctimai, “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin Facebook səhifəsində yayımlanır.
Qeyd edək ki, 2019/2020-ci tədris ilində XI sinfi bitirən şagirdlərin sayı 80646, IX sinfi bitirənlərin isə 119852 nəfərdir.