Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlanıb
15 mart 2020 16:16 (UTC +04:00)

Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlanıb

Operativ Qərargahdan APA-ya daxil olan məlumatda bildirilir ki,  koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb:

 

"Son məlumata görə, Azərbaycan Respublikasında 4 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. 

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2926
avatar

Oxşar yazılar