Azərbaycanda BƏDBƏXT HADİSƏ: azyaşlı qızdırmadan öldü
17 mart 2020 09:04 (UTC +04:00)

Azərbaycanda BƏDBƏXT HADİSƏ: azyaşlı qızdırmadan öldü

Bərdədə azyaşlı qızdırmadan ölüb. 

APA-nın məlumatına görə,  rayonun Hüseynzadə küçəsi, ev 68-də yaşayan 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlunun evdə qızdırması qalxıb. 

Uşağın anası ona əzələ iynəsi vurub. 

İynədən sonra vəziyyəti pisləşən uşaq xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü(ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4028
avatar

Oxşar yazılar