Mövcud pandemiya şəraiti və hərbi vəziyyətlə əlaqədar ölkə üzrə internetin verilməsində məhdudiyyətin tətbiq edilməsi səbəbindən Azərbaycan dilini bilmə səviyyəsini müəyyənləşdirən komissiyanın əyani və ya distant fəaliyyəti hazırda mümkün deyil.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu səbəbdən Azərbaycan dilini bilməyə dair arayışın verilməsi ilə bağlı ərizə qəbulu müvəqqəti olaraq dayandırılıb. Komissiyanın işi distant və ya əyani formada bərpa olunduqda əlavə məlumat veriləcək.