Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edildi
12 may 2020 12:02 (UTC +04:00)

Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edildi

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Aqil  Şirinov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsindən “ilahiyyatçı” və “ərəb dili müəllimi” ixtisasları üzrə məzun olub.

2001-cu ildə Türkiyənin Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olub, 2003-cü ildə “İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarıhi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)” adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.

2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsində çalışıb. Aqil Şirinov hazırda Qafqaz Müsəlmanları İdarəsinin “Fətva və moizə” şöbəsinin müdiri vəzifəsində də çalışır.

Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifidir. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, ikisi xaricdə olmaqla 8 tezisi nəşr olunub. Ərəb, ingilis, fars və türk dillərindən və bu dillərə bir çox elmi məqalələri tərcümə edən Aqil Şirinov eyni zamanda fəlsəfə, tarix və dinlə əlaqəli bir çox beynəlxalq və yerli simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.

O, 2018-ci ilelmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə “Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə doktoranturaya qəbul olub.

A.Şirinov 2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6825

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34