"Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-ləri koronavirusla bağlı hökumətin müəyyən etdiyi qaydada bütün kütləvi görüşləri, təlim və tədbirləri təxirə salmağa, tətbiq olunan məhdudiyyətlərin icrasına ictimai nəzarəti gücləndirməyə çağırır".
Lent.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev sosial şəbəkə hesabında bildirib.