Avtobuslarda sərnişin sıxlığının səbəbi AÇIQLANDI
04 may 2020 18:24 (UTC +04:00)

Avtobuslarda sərnişin sıxlığının səbəbi AÇIQLANDI

“Pandemiyadan əvvəl bizdə silsilə tədbirlər həyata keçirilirdi. Yanvar ayından bir neçə avtobus marşrut xətti kartlaşmaya keçdi.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, bundan əlavə, ölkə rəhbərliyinin tapşırığına əsasən, 300 avtobusdan əlavə 115 xırdatutumlu avtobus sifariş verilib: "Bakıətrafı qəsəbələrdən həddindən artıq çox şikayət və təklif gəldiyi üçün pandemiya dövründən sonra bu məsələni ortadan qaldıracağıq. Sərnişin sıxlığı sırf avtobus çatışmazlığından deyil, avtobusların intervalında yaranan fasilələrlə bağlıdır. Yollarda tıxaclar avtobusların intervalına da çox ciddi təsir edir. Bu da sərnişin sıxlığına səbəb olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5409
avatar

Oxşar yazılar