“8 Noyabr” metrostansiyasında Xudayarın ifası səsləndiriləcək? -  RƏSMİ CAVAB -SƏS YAZISI
18 may 2021 11:58 (UTC +04:00)

“8 Noyabr” metrostansiyasında Xudayarın ifası səsləndiriləcək? - RƏSMİ CAVAB-SƏS YAZISI

Sosial şəbəkədə yeni səs yazısı yayılıb. Səs yazısında Bakı metrosunun yeni stansiyası "8 Noyabr"ın səsləndirilməsi zamanı Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı yer alır.

Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yayılan səs yazısı montaj olunub:

“Sözügedən səs yazısı stansiyada olmayıb. Hətta İradə xanım (red- qatarlardakı musiqiləri səsləndirən İradə Məmmədovanı nəzərdə tutur) mənə bununla bağlı zəng eləmişdi ki, mən bunu səsləndirməmişəm, amma səsimdən istifadə olunub. Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Yəni reallıqda belə bir şey yoxdur. Quraşdırma, montaj və s. adlandıra bilərsiniz”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6879
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar