50-dən artıq qazi polis oldu -  FOTO
19 mart 2021 18:49 (UTC +04:00)

50-dən artıq qazi polis oldu - FOTO

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər və rayon polis orqanlarında vakant olan Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Kütləvi İnformasiya Vasitələrində, o cümlədən nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 160 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qeyd edək ki, onlardan 57 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Mehman Nəbiyev

Oxşar yazılar