33 kosmetoloji klinikada  YOXLAMA: hamısında nöqsan   tapıldı
21 noyabr 2025 10:25 (UTC +04:00)

33 kosmetoloji klinikada YOXLAMA: hamısında nöqsan tapıldı

0

2025-ci ilin son 10 ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 33 kosmetoloji klinikada planlı və plandankənar yoxlamalar keçirilib. Yoxlanılan bütün klinikalarda nöqsan aşkar edilib.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən cavab verilib.

Kosmetoloji klinikada lisenziya olmadan iş və fəaliyyət (23 hal), lisenziyadan kənar iş və fəaliyyət (4 hal), sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma (4 hal), sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma (1 hal), lisenziya şərtləri sualı üzrə (1 hal - protokol tərtib edilməyib) müəyyən nöqsanlar aşkar edilib.

Qeyd olunub ki, aşkar edilən hallar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, müvafiq icraata göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar