3 hakimin  səlahiyyətlərinə xitam verildi
07 may 2021 18:57 (UTC +04:00)

3 hakimin səlahiyyətlərinə xitam verildi

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və çevik baxılması məqsədilə əlavə ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə, müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davamlı xarakter alıb, namizədlərin distant təlimi və məhkəmələrdə təcrübələri təşkil olunub.

İclasda həmçinin bildirilib ki, Fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni Qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb.

Həmin Qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.

İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.

Şurada hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2634
avatar

Nigar Adil

Oxşar yazılar