28 Azərbaycan vətəndaşı bu Avropa ölkəsindən çıxarıldı
01 iyun 2021 17:41 (UTC +04:00)

28 Azərbaycan vətəndaşı bu Avropa ölkəsindən çıxarıldı

İyunun 1-də “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 28 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. 

Bu barədə Lent.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

# 1794
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar